Background Image
Previous Page  23 / 60 Next Page
Information
Show Menu
Previous Page 23 / 60 Next Page
Page Background

21

Əlibaba Məmmədov artıq filarmoniyanın solisti idi. O, konsertlər

verirdi, toylara da gedirdi, amma daxilən hiss edirdi ki, yaxşı, savadlı

xanəndə olmaq üçün təhsil almaq çox vacibdir. Təsadüfən bir toyda

onun "Rast"ına qulaq asan bəstəkar-tarzən Adil Gəray ona yaxınlaşıb

soruşur:

- Sən niyə gəlib musiqi texnikumunda oxumursan?

Əlibaba Məmmədov da cavab verir ki, musiqi məktəbində oxumaq

barədə fikirləşir.

A. Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində şöbə müdiri

işləyən Adil Gəray ona deyir ki, sentyabr ayında imtahana gəlsin.

O, 1953-cü ilin sentyabr ayında sənədlərini A. Zeynallı adına Bakı

Orta İxtisas Musiqi Məktəbinə verdi. İmtahanı görkəmli muğam bi-

liciləri – Seyid Şuşinski, Əhmədxan Bakıxanov, Adil Gəray və Kamil

Əhmədov götürürdülər. Əlibaba Məmmədov imtahanda "Rast" mu-

ğamını ifa etdi. Onun haqqında ilk və son sözü də Xalq artisti, ustad

xanəndəmiz Seyid Şuşinski söylədi:

- Bala, sabah dərsə gələrsən.

Bu, o demək idi ki, Əlibabanın səsi və ifası ustad sənətkarın xoşuna

gəlmişdi. Seyid Şuşinskinin bu çağırışı gənc müğənninin gələcəyinə

böyük etimad idi. O, göstərilən bu etimadı doğrultmalı idi. Beləliklə,

Əlibaba Məmmədov hamının "Ağa" deyə müraciət etdiyi Seyid Şu-

şinskinin muğam sinfində oxudu və ustaddan muğamların sirlərini

öyrəndi. Ağanın o dövrdə 17 tələbəsi var idi. Əlibaba Məmmədov bu

tələbələrin arasında öz fitri istedadı, musiqi yaddaşı, qavrama qabiliy-

yətinə görə seçilirdi.

Seyid Şuşins�i