Background Image
Previous Page  20 / 60 Next Page
Information
Show Menu
Previous Page 20 / 60 Next Page
Page Background

18

O dövrdə hər əlinə qaval alan filarmoniyanın solisti ola bilməzdi.

Müğənni olmaq, səhnəyə, tamaşaçı qarşısına çıxmaq istəyən kəs çox

tələblərə cavab verməliydi. Filarmoniyanın solisti olmaq istəyənin ilk

növbədə gözəl, məlahətli səsi olmalıydı, ikinci, səhnə görkəmi yax-

şı olmalı idi. Tələb olunan bu cəhətlər Əlibaba Məmmədovda vardı.

Qalırdı onu sınaqdan keçirmək. Əlbəttə filarmoniyanın solisti olmaq

işin rəsmi tərəfi idi. Bir müğənni kimi sənin səsini, sənətini sevənlər,

konsertinə gələnlər də olmalıdır axı. Bütün bunları nəzərə alan Soltan

Hacıbəyov dedi:

- Hər şey mümkündür, oğlum. Amma solist olmaq istəyirsənsə,

gərək səni sınaqdan keçirək. Sənin üçün iki konsert günü təyin edə-

cəyik. Əgər konsertinə tamaşaçı gəlsə, səsini, oxumağını xoşlasalar,

əlbəttə, səni solistliyə keçirərik.

Konsert günü təyin olundu. Nə səbəbdənsə konsertləri Novruz bay-

ramına – mart ayının 20 və 21-nə salmışdılar. Düzdür, o zaman Novruz

bayramı rəsmi keçirilmirdi, amma xalq bu bayrama biganə qalmırdı.

Adətə görə hər kəs istəyirdi bayram axşamlarını evində keçirsin. An-

caq Əlibabanın o anda etiraz etməyə, təyin olunmuş vaxtı dəyişməyə

heç bir bəhanəsi yox idi. Solist olmaq istəmirdin? Buyur, sınaqdan keç!

İşin nəticəsini gözləməkdən başqa çıxış yolu yox idi. Razılaşdı və ye-

rindən durub Soltan Hacıbəyovun otağını tərk elədi.

Bir gün sonra Əlibaba Məmmədovun afişaları paytaxtın küçələrini

bəzədi... Gözlənilən gün gəlib çatmışdı. Onun konsertinə kifayət qədər

tamaşaçı gəlmişdi. Filarmoniyanın direktoru, inzibati işçilər, xanən-

dələr də onu dinləməyə gəlmişdilər.

Konsert uğurlu keçdi. Konsertin səhəri Soltan Hacıbəyovun əmri

ilə Əlibaba Məmmədov filarmoniyaya solist götürüldü.