201
Sənəd № 82
Dəymiş zərər haqqında
Ərizə
23 dekabr 1918-ci il
(Sənəd ərəb hərfləri ilə Azərbaycan dilində tərtib edilib)
Tərcümə:
Hacı Əbdül Xalıq Hacı Məmməd oğluna aşağıda
göstərilən məbləğdə zərər dəymişdir:
nağd pul – 6000 rubl
ev avadanlıqları – 12.000 rubl
qızıl – 60.000 rubl
dükandan mal və pullar – 40.000 rubl
60 baş mal-qara – 120.000 rubl
arı pətəyi – 100 ədəd. – 12.000 rubl
40 pud buğda – 5000 rubl
2 qutu çay – 10.000 rubl
20 pud şəkər – 12.000 rubl
un – 5000 rubl
Cəmi: 390.000 rubl.
1 bağban, 1 işçi
öldürülüb
Hacı Əbdül Xaliq (imza ərəb hərflərilə)
AR DA, f. 1061, s. 1, iş 96, v. 69
Sənəd № 85
Quba şəhərində Fövqəladə Təhqiqat Komissiyasına
Quba şəhər və qəza axtarış şöbəsinin
rəisi Məcid Kazımovdan
Ərizə
Komissiyaya bildirməyi vacib hesab edirəm ki, Quba şəhərinə
gəlmiş Amazasp başda olmaqla erməni Cəza dəstəsi tərəfindən
mənim əmimin bağda yerləşən evi tamamilə yandırılmışdır. Mən
və mənim bütün ailə üzvlərim həmin evdə qalırdıq və bütün ev və
qiymətli əşyalarımız bu evdə yığılmışdı. Həmin əşyalardan mən heç
nəyi xilas edə bilmədim. Hər şey elə yanıb kül olub ki, mən və ailəm
Quba şəhərinin talan edilməsi haqqında sənədlər
Quba şəhər sakinlərinə vurulmuş zərərlər haqqında sənədlər




