Background Image
Previous Page  211 / 324 Next Page
Information
Show Menu
Previous Page 211 / 324 Next Page
Page Background

207

Sənəd № 97

Dindirmə protokolu

1918-ci il. 21 dekabr, Quba şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının

üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid

qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Şəmsəddin Əfəndiyev, Quba qəzası Dəvəçi nahiyəsinin

pristavı, 30 yaş.

Mən Quba qəzası Dəvəçi nahiyəsinin pristavıyam. Bu vəzifəyə

Dəvəçinin ermənilər tərəfindən dağıdılmasından sonra təyin olmuşam.

Mənə məlumdur ki, bir ilin yaz ayının sonunda Bakı şəhərindən Quba-

ya erməni Amazaspın başçılığı ilə yalnız ermənilərdən ibarət cəza

dəstəsi gəlmişdi. Bu dəstə yol boyunca dəmir yoluna yaxın məsafədə

yerləşən müsəlman kəndlərini talan edir və yandırırdı. Dəvəçi rayonun-

da ona yaxın kənd talan edilmiş və yandırılmış, xeyli sayda müsəlman

öldürülmüşdür. Dəstənin başçısı Amazaspdan başqa heç kimin adını

çəkə bilmərəm. Mənim sahəmdə erməni kəndi Kilvar yerləşir. Bu

kənd nə həmin hadisələrdən əvvəl, nə də sonra müsəlmanlar tərəfin-

dən hücuma məruz qalmamışdır, bu kəndin bir nəfər sakini zərər

çəkməmişdir, ermənilərdən müsəlmanlar tərəfindən bir kibrit çöpü də

oğurlanmamışdır. Bundan əlavə sözüm yoxdur.

Oxundu. İmza.

Komissiyanın üzvü: A.Novatski.

AR DA, f. 1061, s. 1, iş 97, v. 4

Sənəd № 98

Dindirmə protokolu

1918-ci il. 22 dekabr, Quba şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komis-

siyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq

zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Dadaş Musa oğlu, 38 yaşlı, Quba qəzası Dəvəçi nahiyəsinin

Sədan cəmiyyətinin starşinası, savadlı.

Mən dörd kəndin: Sədan, Çarxana, Dərəzarat və Sağlıcan

kəndlərinin daxil olduğu Sədan cəmiyyətinin starşinasıyam. Cəmiyyətdə

Quba qəzasının kəndlərinin talan edilməsi haqqında sənədlər

Quba qəzası kənd sakinlərinin şahid ifadələri