203
Sənəd № 93
Quba şəhərində Fövqəladə Təhqiqat Komissiyasına
Quba şəhərinin sakini Kərbəlayı Salah
Məşədi Məmməd Bağır oğlu Bağırovdan
Ərizə
Mart hadisələrindən sonra, aprel ayında, Quba erməni əsgərləri
tərəfindən talan edildiyi vaxt, heç bir təqsirim göstərilmədən, mənim
də (əmlakım) qarət olunmuş və yandırılmış, bununla da mənə böyük
həcmdə ziyan vurulmuşdur. Oğurlanmış əmlakın siyahısını təqdim
edirəm:
(siyahıda 42 adda müxtəlif əmlak - ev əşyası, paltar, zinət əşyaları,
nağd pul və s., hər birinin qiyməti ayrılıqda göstərilməklə, sadalanır).
Hələ yanğın vaxtı mənim dükanlarımda gümüş və mis pullar –
1770 rubl (min yeddi yüz yetmiş rubl) və kağız pullar – 4000 rubl (dörd
min) yandırılmışdı.
Cəmi: 87 180 rubl (səksən yeddi min yüz səksən rubl)
Kərbəlayı Salah Məşədi Məmməd Bağır oğlu Bağırov
Savadsızdır, onun öz şəxsi xahişi ilə onun yerinə Həbib M.Salah
oğlu Bağırov imza etdi.
4.02.1919-cu il.
AR DA, f. 1061, s. 1, iş 96, v. 132
Quba şəhərinin talan edilməsi haqqında sənədlər
Quba şəhər sakinlərinə vurulmuş zərərlər haqqında sənədlər




