Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
202
demək olar ki, lüt qalmışıq. Mənə yüz min rubldan çox ziyan vurulub
və mən bunu lazım olan hər vaxt sübut edə bilərəm.
24.ХП.1918.
Axtarış şöbəsinin rəisi: İmza
AR DA, f. 1061, s. 1, iş 96, v. 120
Sənəd № 86
Quba şəhərində Fövqəladə Təhqiqat Komissiyasına
Quba şəhəri Pristavının köməkçisi
Musa Kazımovdan
Ərizə
Komissiyaya bildirməyi şərəf hesab edirəm ki, Quba şəhərinə
gəlmiş Amazasp başda olmaqla erməni Cəza dəstəsi tərəfindən
mənim xüsusi mülküm tamamilə yandırılmışdır, əmim Qasım Kazımov
öldürülmüşdür.
Mən ailəmi Rustov kəndinə göndərməyə elə ancaq
macal tapmışdım ki, yarım saatdan sonra şəhəri mühasirəyə aldılar,
atəşlər açıldı, qətlər və qarətlər başlandı. Bu zaman mən və mənim
qaynım Axund Molla Hacı Babagilə qaçdıq, çünki onun evində xeyli
adam vardı. Mən bu vaxt heç qaloş da geyməyə fürsət tapmadım. Eləcə
corabda qaçdım. Nə qədər ev əşyası, qadın, kişi paltarı, qızıl, gümüş
qadın zinət əşyaları, hətta azyaşlı uşaqların paltarları və həmçinin
quru meyvə, qoz-fındıq, lavaş dolu anbar, müxtəlif qab-qacaq... Deyə
bilərəm ki, 200.000 rubla yaxın.
AR DA, f. 1061, s. 1, iş 96, v. 121




