Background Image
Previous Page  241 / 324 Next Page
Information
Show Menu
Previous Page 241 / 324 Next Page
Page Background

237

Sənəd № 248

Qərar

(ixtisarla)

16 dekabr 1918-ci il, Alpan kəndi.

Biz, Quba qəzasının 5-ci Fəthibəy nahiyəsinin Alpan kəndinin

sakinləri, cəmiyyətin yığıncağına toplaşaraq, aşağıdakı məsələni

müzakirə etdik: erməni quldur dəstələrinin kəndimizə hücumu

nəticəsində bizim hər birimizə, nədən ibarət olmaqla və hansı

məbləğdə ziyan vurulmuşdur, kəndimizdə hansı evlər və binalar

yandırılmışdır. Həm də, müəyyən etdik ki, aşağıda adı çəkilən şəxslər

zərər çəkmiş və aşağıdakı evlər və tikililər yandırılmışdır:

Qətlə yetirilmişdir – 7 nəfər; yaralanmışdır – 1 nəfər; qətlə

yetirilənlərdən 2-si qadındır.

Qarət edilmişdir: (Əmlakının adı və dəyəri göstərilməklə 103

nəfərdən ibarət siyahı)

Cəmi: 1.531.650 rubl.

104. Tahir bəy Vəli bəy oğlu – özü öldürülüb;

105. Ağası Allahverdi oğlu – özü öldürülüb;

106. Məmməd Şah Mürsəl oğlu – özü öldürülüb;

107. İmam Hidayət qızı – özü öldürülüb;

108. Bəsti Məhəmməd bəy qızı – özü öldürülüb;

109. İbad Mustafa oğlu – özü öldürülüb;

110. İsa Məhəmməd Qulu oğlu – özü öldürülüb;

111. Həsrət Əziz oğlu – özü öldürülüb;

Düzdür. Alpan starşinası. (imza)

Qubadan olan məsafə – 7 verst.

AR DA, f. 1061, s. 1, i. 98, v. 122 – 125.

Quba qəzasının kəndlərinin talan edilməsi haqqında sənədlər

Quba qəzası kənd cəmiyyətlərinə vurulmuş zərərlər haqqında sənədlər