Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
242
Qeydlər
1
Fövqəladə Təhqiqat Komissiyası (FTK)
– I dünya müharibəsinin
başlanandan Cənubi Qafqazın müsəlman əhalisinə və onun əmlakına qarşı
törədilmiş zorakılıq, qırğın və soyğunçuluq faktlarının araşdırılması üçün 1918-ci il
15 iyul tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmışdır.
Əvvəl Xarici İşlər, sonra Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərmişdir. FTK-
nın sədri Ələkbər bəy Xasməmmədov idi. 7 nəfərlik tərkibdə təsis edilmiş FTK-
nın işinə tədricən Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq və məhkəmə
orqanlarının digər nümayəndələri cəlb edilmişlər. FTK-nın tərkibi çoxmillətli olmaq-
la, əsasən polyak, rus, alman, litva tatarı və Rusiya universitetlərinin məzunları olan
azərbaycanlılardan – peşəkar hüquqşünaslardan ibarət idi. Fəaliyyət göstərdiyi dövr
ərzində – 15 iyul 1918–1 noyabr 1919-cu il il – FTK tərəfindən 36 cilddən (3500
vərəq) ibarət istintaq materialı toplanmışdır. Onun 6 cildi ermənilər tərəfindən Bakı
şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş zorakılıq hallarını əks
etdirirdi. İstintaq materialının digər cildlərində Şamaxı, Quba, Göyçay, Cavad, Nuxa
qəzalarında, Gəncədə, Qarabağda, Zəngəzurda ermənilər tərəfindən törədilmiş
amansız cinayətlər təhqiq edilirdi. Azərbaycan Hökumətinin 21 mart 1919-cu il
Qərarına görə FTK-nın səlahiyyətləri genişləndirilmiş və ona məhkəmə-istintaq
hakimiyyətinin bütün hüquqları verilmişdir. FTK-nın fəaliyyətinin yekunu olaraq
128 məruzə və qərar layihəsi hazırlanmış, onların əsasında müxtəlif cinayətlərdə
müqəssir bilinən 194 şəxsə qarşı cinayət işi qaldırılmışdır. Komissiyanın işi azaldıqca
onun üzvləri öz əvvəlki vəzifələrinin icrasına qayıtmışlar. FTK Azərbaycan Hökuməti
tərəfindən onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirərək 1 noyabr 1919-cu
il tarixdə rəsmi surətdə ləğv edilmişdir. Bununla bərabər Ə.b.Xasməmmədov və
FTK üzvü Ç.V.Klossovski 1920-ci il yanvarın sonuna qədər FTK-nın istintaq işlərini
respublikanın prokuror və məhkəmə orqanlarına verilməsi ilə məşğul olmuşlar. FTK
materialları üzrə 1918-ci il Bakıda mart hadisələrinə görə 24, Şamaxı hadisələrinə
görə isə 100-ə yaxın şəxs haqqında cinayət işi qaldırılmışdır. Müttəhimlərin bir
hissəsi respublikanın hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş, qalanları
axtarışda elan edilmişlər. Lakin, Müttəfiq Dövlətlərin Ali Şurası tərəfindən Azərbaycan
Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanınması ilə bağlı olaraq Azərbaycan
Parlamenti tərəfindən 9 fevral 1920-ci il tarixdə qəbul edilmiş Amnistiya haqqında
qanuna əsasən milli düşmənçilik zəminində baş vermiş və “Fövqəladə Təhqiqat
Komissiyasının icraatında yaranmış” bütün cinayət işlərinə xitam verilmişdir. FTK
tərəfindən qaldırılmış bir sıra cinayət işləri 1920-ci il 9 fevral qanununa əsasən artıq
Azərbaycan SSR məhkəmə orqanları tərəfindən xətm olunmuşdur.
2
Hacınski Məmməd Həsən Cəfərqulu oğlu
– (1875
-
1931), Azərbaycan Xalq
Cümhuriyyəti dövründə görkəmli siyasi və dövlət xadimi. Bakı realnı məktəbini,
Peterburq Texnologiya İnstitutunu bitirmişdir. Moskvada Şəmsi Əsədullayevin
neftayırma zavodunda mühəndis işləmişdir. 1908-ci ildə Bakı şəhər idarəsinin tikin-
ti şöbəsinə, 1913-cü ildə Bakı şəhər idarəsinə (qısa müddətdə) başçılıq etmişdir.
1902 – 1917-ci illərdə Bakı şəhər dumasının üzvü olmuşdur. 1904-cü ildə “Hümmət”
sosial-demokrat müsəlman təşkilatının, 1906-cı ildə “Nəşri-maarif” müsəlman




