Background Image
Previous Page  247 / 324 Next Page
Information
Show Menu
Previous Page 247 / 324 Next Page
Page Background

243

maarif cəmiyyətinin təşkilatçılarından biri. “Nicat” müsəlman maarif cəmiyyəti idarə

heyətinin və Müsəlman xeyriyyə cəmiyyəti mərkəzi komitəsinin üzvü. “Müsavat“

partiyasının üzvü. 5 mart 1917-ci ildə yaradılmış İctimai Təşkilatların Bakı Şurasının

İcraiyyə Komitəsinin heyətinə daxil idi, Müsəlman ictimai təşkilatlarının Bakı Şurasının

Müvəqqəti Komitəsinin sədri seçilmişdir. Qafqaz müsəlmanları qurultayının (1917-ci

il, aprel, Bakı) və Rusiya müsəlmanları qurultayının (1917-ci il, may, Moskva) işində

iştirak etmişdir. “Müsavat” partiyasının birinci qurultayında (1917-ci il, oktyabr, Bakı)

Mərkəzi Komitənin üzvü seçilmişdir. 15 noyabr 1917-ci ildə yaradılmış Zaqafqaziya

Komissarlığında ticarət və sənaye komissarının müavini olmuş, Rusiya Təsisedici

yığıncağın üzvü seçilmişdir. “Müsavat” partiyasından Zaqafqaziya seyminin üzvü.

Zaqafqaziya Demokratik Federativ Respublikasının hökumətində ticarət və sənaye

naziri. 1918-ci ilin may ayının 27-də Azərbaycanın müstəqillik Aktını qəbul etmiş

Azərbaycan Milli Şurasının üzvü. AXC I və II hökumət kabinetlərinin tərkibində xarici

işlər naziri, eyni zamanda 6 oktyabr 1918-ci ilədək nəzarət nazirliyinə, 6 oktyabrdan

maliyyə nazirliyinə rəhbərlik etmişdir. AXC Parlamentinin üzvü olmuş, “Müsavat”

fraksiyasına daxil idi. Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin

tərkibinə daxil idi. 24 dekabr 1919-cu il tarixdən xarici işlər naziri, 18 fevral 1920-ci

il tarixdən sənaye, ticarət və ərzaq naziri vəzifələrini icra etmişdir. 30 mart 1920-ci il

tarixdə Parlament M.H.Hacınskiyə yeni kabinetin yaradılmasını tapşırmışdır. 22 aprel

1920-ci il tarixdə Parlamentə yeni kabinetin yaradılmasının mümkünsüzlüyünü,

özünün “Müsavat” partiyasından çıxdığını və bolşevik partiyasına daxil olduğunu

bəyan etmişdir. AXC-nin süqutundan və Sovet hakimiyyətinin qurulduqdan sonra

Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində

müxtəlif rəhbər vəzifələrdə işləmişdir. 1930-cu illərdə siyasi repressiyalara məruz

qalmışdır. 3 dekabr 1930-cu ildə Tiflisdə həbs edilmiş və Azərbaycan milli mərkəzinin

iştirakçısı kimi ittiham edilmişdir. İstintaq zamanı işgəncələrə və qəddarcasına rəftara

dözməyərək, 9 fevral 1931-ci ildə həbsxanada intihar etmişdir.

3

Xasməmmədov Ələkbər bəy Hacıbaba oğlu

– (1870-1925), Azərbaycan

Xalq Cümhuriyyəti dövründə tanınmış ictimai və dövlət xadimi. Gəncənin kübar

ailəsinə mənsubdur. Moskva Dövlət Universitetini bitirmişdir. Hüquqşünas, andlı

iclasçı. Rusiya imperiyası dövrü tanınmış hüquqşünas və ictimai xadim, AXC dövrü

görkəmli siyasi və dövlət xadimi Xəlil bəy Xasməmmədovun böyük qardaşı. Gəncə

müsəlman xeyriyyə cəmiyyətinin, habelə “Difai” partiyasının mərkəzi komitəsinin

üzvü. 15 iyul 1918-ci il tarixdən – AXC Hökuməti yanında Fövqəladə Təhqiqat

Komissiyasının sədri, 24 fevral 1919-cu ildən – Azərbaycan Məhkəmə Palatasının

baş sədri. Azərbaycan sovetləşdirildikdən sonra 1920-ci ilin mayından Azərbaycan

SSR Ədliyyə Xalq Komissarlığının məhkəmə orqanlarında işləmişdir. 7 iyun 1920-ci il

tarixdə Y rayonunun mühüm məsələlər üzrə xalq hakimi vəzifəsinə təyin edilmişdir.

1925-ci ildə Sovet hökuməti tərəfindən həbs edilmiş və güllələnmişdir.

4

Şahmalıyev İsmayıl bəy Nəsrulla bəy oğlu

– (1883-1938), hüquqşünas,

titullu müşavir. 1902-ci ildə Tiflis oğlanlar gimnaziyasını, 1908-ci ildə Novorossiyski

universitetinin hüquq fakültəsini bitirmişdir, xidmətə 10 fevral 1909-cu ildə Tiflis

Məhkəmə palatası yanında I cinayət departamentində məhkəmə vəzifələrinə kiçik

namizəd kimi başlamışdır, 1 fevral 1910-cu il tarixdən Yelizavetpola keçirilmiş` və

burada 1910-1911-ci illərdə quberniya katibi, Yelizavetpol Dairə Məhkəməsində

Qeydlər