Background Image
Previous Page  244 / 324 Next Page
Information
Show Menu
Previous Page 244 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

240

Sənəd № 263

Qərar

14 dekabr 1918 –ci il.

Quba qəzası Rustov nahiyəsi

Nudin

(

Növdün

) kəndi

(Sənəd Azərbaycan dilində ərəb hərfləri ilə tərtib olunub)

Tərcümə:

Biz, Quba qəzası Rustov nahiyəsi Növdün kəndinin

sakinləri, cəmiyyətinyığıncağına toplaşaraq, erməni quldur dəstələrinin

bizim kəndimizə hücumu zamanı öldürülənlərin siyahısını tərtib etdik.

Qeyd:

Ermənilər tərəfindən

7 nəfər öldürülmüşdür:

1. Almas Hacı Baba oğlu – 40 yaş;

2. Aslan Qurban oğlu – 30 yaş;

3. İslam Yusif oğlu – 35 yaş;

4. Murad Hacı Cavad oğlu – 24 yaş;

5. Kərəm Qafiyə oğlu – 50 yaş;

6. Ramazan Nəcəf oğlu – 30 yaş;

7. Hacı Seyfəddin Molla Şəhabəddin oğlu – 40 yaş.

60 nəfər sakinin imzası.

Nudin kənd starşinası İsa Əzim Hacı oğlunun imzası və

möhürü.

AR DA, f. 1061, s. 1, iş 98, v. 154.

Sənəd № 264

Qərar

14 dekabr 1918-ci il.

Quba qəzasının Rustov nahiyəsi

Zərqava

kəndi

(Sənəd Azərbaycan dilində ərəb hərfləri ilə tərtib olunub)

Tərcümə:

Biz, Quba qəzası, Rustov nahiyəsi Zərqava kəndinin

sakinləri cəmiyyətin yığıncağına toplaşaraq, erməni quldur dəstələrinin

bizim kəndimizə hücumu zamanı öldürülənlərin siyahısını tərtib etdik.

Qeyd:

Ermənilər tərəfindən 10 kişi öldürülmüş, 1 kişi yaralanmışdır:

1. Hacı Pirverdi Şeyxverdi oğlu – 70 yaş;

2. Talıb Hacı Pirverdi oğlu – 18 yaş;

3. Novruz-Əli Vəli oğlu – 50 yaş;

4. Nəsir Novruz-Əli oğlu – 17 yaş;

5. Əsgərəli Oruc-Əli oğlu – 25 yaş;