Fəaliyyət

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ucar rayonunun Alpı kəndində tikilən 220 şagird yerlik yeni orta məktəb binasında tamamlanma işləri aparılır. Müasir standartlara cavab verən binada təhsilin ən yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait yaradılacaqdır. Əsas korpusda qış idman zalı ilə yanaşı, məktəbin həyətində idman meydançası da inşa edilir. Burada şagirdlər futbol, voleybol və idmanın digər ...

001.JPG

Sentyabrın 7-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli orta məktəbin binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir...

004.JPG

Paytaxtımıza gözəllik gətirən və sakinlərin asudə vaxtlarını mənalı keçirmələri üçün Bakının Nərimanov rayonundakı istirahət parkı Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və tikinti-quraşdırma işlərindən sonra istifadəyə verilmişdir. Aparılan abadlıq və quruculuq işləri paytaxtımızı gündən-günə gözəlləşdirir. Yeni təhsil müəssisələri, səhiyyə obyektləri, mədəniyyət ocaqlarının inşası ilə ...

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın adından müqəddəs Ramazan bayramı münasibətilə Moskvada iftar süfrəsi açılmışdır. Tədbir Poklon dağında açılmış Ramazan çadırında təşkil olunmuşdur. Tədbirin təşkilində Rusiya Müftilər Şurası və “Nadejda” Mədəni-Maarif Fondu yaxından iştirak etmişdir...

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Şəkərli diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlar üçün Gəncədə təşkil edilmiş yay istirahət düşərgəsi başa çatmışdır...