Xəbərlər

Martın 3-də Heydər Əliyev Fondunun dəstəyi ilə Avropa Parlamentinin binasında Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımına dair fotosərgi ilə tanış olmuşlar. Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin başçısı Emin Eyyubov keçən əsrin ağrılı və acılı səhifəsi olan Xocalı faciəsi ...

Fevralın 27-də Parisin ən möhtəşəm otellərindən biri olan “Westin”in “Napoleon” zalında Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyi və Fransa-Azərbaycan Dostluq Assosiasiyası Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunmuş tədbir keçirmişlər.Tədbirdən əvvəl iştirakçılar Azərbaycan həqiqətlərini və Xocalı soyqırımını dünya...

Fevralın 27-də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi İslam Konfransı Təşkilatının Gənclər Forumu ilə birlikdə Moskvanın “Bakı” kinokonsert kompleksində Xocalı faciəsinin 17-ci ildönümü, habelə “Xocalıya ədalət” informasiya kampaniyasının veb-saytının təqdimatı ilə əlaqədar genişmiqyaslı aksiya keçirmişdir. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik anılması ilə başlanmışdır...

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə fevralın 26-da Strasburqdakı Avropa Parlamentlər Assosiasiyasının binasında ölkəmizin və türk diaspor təşkilatlarının, Türkiyə Baş Konsulluğu əməkdaşlarının, tələbələrimizin, yerli və xarici qurumların nümayəndələrinin iştirakı ilə XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının ...

IMG_3135.JPG

Fevralın 26-da Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin köməyi ilə Azərbaycanın Rusiyadakı səfirliyində Xocalı faciəsinin 17-ci ildönümü ilə əlaqədar “Xocalı: iddia müddəti bitmir” xatirə gecəsi təşkil edilmişdi. Tədbirdə Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, Milli Məclisin deputatı Dünyamin Xəlilov, Türkiyə, İraq, Özbəkistan, Tacikistan, Mali, Sudan, Qırğızıstan ...