Xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə bu il Xocalı faciəsinin ildönümü Azərbaycanın xarici ölkələrdəki 50-yə yaxın səfirlik, konsulluq və nümayəndəliklərinin xətti ilə qeyd olunacaqdır. Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı Vaşinqton, Nyu-York, Varşava, London, Haaqa, Dubay, Kiyev, Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Praqa, Paris, Tbilisi və digər şəhərlərdə silsilə ...

Heydər Əliyev Fondunun Türkiyə Nümayəndəliyi Xocalı faciəsinin 17-ci ildönümü ilə bağlı Uludağ Universitetində “Dünəndən bu günə Qarabağ problemi və Xocalı faciəsi” mövzusunda elmi konfrans keçirmişdir. Konfransda Azərbaycanın İstanbuldakı baş konsulu, Bursa şəhəri bələdiyyələrinin rəisləri, Uludağ Universitetinin müəllim və tələbələri, KİV nümayəndələri iştirak etmişlər...

001.JPG

“Bakı - İslam mədəniyyətinin paytaxtı – 2009” Mədəniyyət ilinin açılışı münasibətilə Azərbaycana gələn xarici qonaqlar fevralın 19-da Heydər Əliyev Fondunda olmuşlar. Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə qonaqlara ətraflı məlumat verilmişdir...

213L4240.jpg

Fevralın 17-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Afinada Xərçəng Xəstəliyinə Tutulan Uşaqların Dostluq Assosiasiyasında - “ELPİDA”da olmuşdur. Mehriban xanım Əliyevanı assosiasiyanın rəhbərləri hörmətlə qarşıladılar...

Yanvarın 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və Polşanın Azərbaycandakı səfirliyinin Samux rayonunun Sarıqamış kəndində inşa etdirdikləri 200 yerlik yeni məktəb binasının açılışı olmuşdur. Ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsinə ziyarət edildikdən və önünə gül-çiçək dəstələri qoyulduqdan sonra Sarıqamış kəndində məktəbin açılış mərasimi olmuşdur...