Mayın 5-də Şirvan şəhər Tarix-Diyarşünaslıq və Heydər Əliyev muzeylərinin əməkdaşları Heydər Əliyev Fondu ilə tanış olmuşlar. Tədbirdə qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, zəngin ekspozisiyada toplanan maraqlı fotolar və eksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Azərbaycanın nicat...
Mayın 5-də Ədliyyə Nazirliyinin əməkdaşları Heydər Əliyev Fondu ilə tanış olmuşlar. Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı keçirilən tədbirdə qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi görkəmli siyasi xadim...
Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı Yevlax rayon ictimaiyyətinin nümayəndələri mayın 4-də Heydər Əliyev Fondunu ziyarət etmişlər. Qonaqlar ümummilli liderin zəngin irsinin öyrənilməsi, ulu öndərin milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi daşıyan Heydər Əliyev Fondunun zəngin ekspozisiyası ilə tanış olmuşlar. Onların diqqətinə...
28 aprel 2010
Rusiyanın Stavropol vilayətinin qubernatoru Valeri Qayevskinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 28-də Heydər Əliyev Fondunda olmuşdur. Fondla tanışlıq zamanı rusiyalı qonaqlara onun vəzifələri və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Qonaqlar burada ümummilli liderin həyat və fəaliyyətini əks etdirən zəngin ekspozisiya ilə tanış oldular...
Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində 1982-1987-ci illərdə SSRİ Nazirlər Sovetinin katibliyində və 9-cu idarəsində çalışan əməkdaşlardan ibarət nümayəndə heyəti aprelin 22-də Heydər Əliyev Fondunda olmuşdur. Rusiyalı qonaqların arzusu ilə gerçəkləşən səfər Heydər Əliyev Fondunun dəvəti ilə həyata keçmişdir. Qonaqlar ümummilli liderin zəngin irsinin öyrənilməsi, ulu öndərin milli dövlətçilik ...