23 oktyabr 2013
“Xocalıya ədalət” kampaniyası çərçivəsində bu ilin fevralında İsraildə açılmış fotosərgi fəaliyyətini Təl-Əvivin “Neve Eliezer” Mədəniyyət Sarayında davam etdirir. Fotosərgi Heydər Əliyev Fondunun, “STMEQİ” Beynəlxalq Dağ Yəhudiləri Fondunun və Təl-Əviv şəhəri bələdiyyəsinin dəstəyi ilə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (“Azİz”) tərəfindən təşkil olunub...
22 oktyabr 2013
Oktyabrın 22-də Parisdə UNESCO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq simpozium keçirilib. Simpozium “Seyid Yəhya Bakuvi: Tolerantlığın ifadəsi” mövzusuna həsr olunub...
21 oktyabr 2013
Oktyabrın 21-də Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyanın Buxarest şəhərində fəaliyyət göstərən Rumın-Amerikan Universitetinin nəzdində Azərbaycan Araşdırmalar Mərkəzi açılıb. Açılış mərasimində universitetin rektoru, müəllimlər, tələbələr, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının...
19 oktyabr 2013
Heydər Əliyev Fondu Azərbaycanı İtaliyanın regionlarında daha yaxından tanıtmaq məqsədilə yeni layihənin həyata keçirilməsinə başlayıb. Layihə çərçivəsində ilk tədbir Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə ölkənin mədəniyyət mərkəzi sayılan Florensiya şəhərində keçirilib. Florensiyanın Bələdiyyə Teatrında keçirilən tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov...
Monakonun hakim knyazı II Alber 55-ci Venesiya Biennalesində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən Azərbaycan pavilyonu ilə tanış olub. Xatırladaq ki, Azərbaycanın Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında yerləşən “Ornamentlər” pavilyonu iyunun 1-də açılıb. Pavilyonda Azərbaycanın 6 müasir rəssamı – Rəşad Ələkbərov...