Azərbaycanın təbliği

4.jpg

Azərbaycanı Fransada daha yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Parisdəki səfirliyinin dəstəyi ilə həyata keçirilən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində növbəti tədbir təşkil edilib. Yanvarın 17-də Savua regionunun Mejev şəhərində Azərbaycan mədəniyyəti günlərinin təntənəli açılışı olub...

1418765498498926175_750x500.jpg

Milad bayramı ərəfəsində Fransanın paytaxtı Parisin mərkəzində yerləşən Can-Jermən de Pre meydanında ənənəvi yarmarka təşkil olunub. Yarmarkada Parisdə fəaliyyət göstərən “Azərbaycan evi”nin təşkilatçılığı ilə Azərbaycan da təmsil olunur. Yarmarkada Azərbaycan guşəsinin təşkilinə Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi...

020.JPG

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə bu ölkədə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində dekabrın 8-də növbəti tədbir təşkil olunub. Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov mədəniyyət axşamının Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın...

07_FRANSA-PARIS-GULASH-AZERBAYCAN-BIRINCI-XANIM.jpg

Dekabrın 4-də Parisin qış sirkində Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşü keçirilib. Azərbaycanın birinci xanımı, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva görüşü izləyənlər arasında olublar. Fransanın idman üzrə dövlət katibi Tiyeri Brayar...

DSC_0502.JPG

Noyabrın 28-də Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycana həsr olunmuş fotosərgisinin və iki kitabının təqdimatı keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər...