28 noyabr 2014
Noyabrın 27-də Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunun açılışı olub. Heydər Əliyev Fondunun və Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin dəstəyi ilə açılan büronun məqsədi Azərbaycan mədəniyyətinin, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin...
Noyabrın 26-da Parisdə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib. Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirilən mərasimə...
Kann, Afina və Berlindən sonra “Bakı-2015” birinci Avropa Oyunlarının növbəti təqdimatı noyabrın 18-də İstanbulun “Çırağan” sarayında keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib. Heydər Əliyev Fondunun təşkilatçılığı...
4 noyabr 2014
Noyabrın 4-də Almaniyanın Düsseldorf şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti gecəsi keçirilib. “Düsseldorf Teatr Evi”ndə toplaşmış 800-ə yaxın qonaq Azərbaycan caz musiqisini canlı olaraq dinləyib. Tədbiri açan səfir Pərviz Şahbazov çıxışında deyib ki...
28 oktyabr 2014
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Almaniyada keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində oktyabrın 28-də Hannover şəhərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olub. Hannover Konqres Mərkəzində keçirilən konsertdə çıxış edən səfir Pərviz Şahbazov...