Martın 2-də Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə bu ölkədə keçirilən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində “Azərbaycan günləri” ilə bağlı Burqon regionunun Şabli şəhərində sərgi və konsert təşkil olunub. Tədbir sərginin açılışı ilə başlayıb. Sərgini açan şəhərin meri Patrik Jendro...
28 fevral 2013
Fevralın 28-də Moskvanın “Yunost” mehmanxanasında Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva iştirak edib.“Yunost” mehmanxanasının foyesində Bakının Nizami rayonundakı 1 nömrəli, Suraxanı rayonundakı 2 nömrəli və Xətai rayonundakı 3 nömrəli uşaq...
Fevralın 26-da Parisdəki Azərbaycan Mədəniyyəti Mərkəzində Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə fransız rəssamı Reno Baltzinjerin Xocalı faciəsinə həsr etdiyi rəsm əsərlərindən ibarət “Xocalı faciəsi” sərgisinin vernisajı keçirilib. Sərgidə rəsm əsərləri ilə yanaşı, qanlı faciə ilə bağlı fotolar da nümayiş etdirilib...
24 fevral 2013
Litvanın böyük kinoteatrlarından olan “Vinqisdə” Xocalı faciəsi ilə bağlı ictimaiyyət üçün fərdi təhqiqat aparan litvalı və skandinaviyalı rejissorların hazırladığı “Sonu olmayan dəhliz” (“Endless corridor”) sənədli filminin təqdimatı keçirilib. Bu ekran əsəri xarici rejissorların Xocalı mövzusu ilə bağlı çəkdikləri ilk sənədli filmdir. Təqdimat mərasimində Litvanın aparıcı KİV-lərinin nümayəndələri, parlamentin deputatları...