Tədbirlər

14474449521447457965_1000x669.jpg

Noyabrın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün şənlik təşkil olunub. Bakının əyləncə mərkəzlərindən birində təşkil edilən şənliyə balacalar onlar üçün xüsusi ayrılmış avtobuslarla gəldilər. Budəfəki şənlikdə Bakı şəhərindəki müxtəlif uşaq evlərindən və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzindən uşaqlar iştirak etdilər...

003.JPG

Noyabrın 12-də Xəzər rayonunun Binə qəsəbəsində şəhid Ərəstun Bəylərov adına 84 nömrəli körpələr evi-uşaq bağçası yenidənqurma işlərindən sonra istifadəyə verilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva məktəbəqədər müəssisənin açılışında iştirak ediblər...

1.jpg

Noyabrın 12-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 91 nömrəli körpələr evi-uşaq bağçasının yenidənqurmadan sonra açılışı olub. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər. 1963-cü ildən fəaliyyət göstərən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun...

00013.jpg

Oktyabrın 31-də Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) “RAGB: gənclərin layiqli gələcəyi naminə” mövzusunda VI Forumu keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva Forumun işində iştirak edib. Foyedə RAGB-nin, IDEA (Ətraf mühitin qorunması naminə Beynəlxalq Dialoq)...

003.JPG

Oktyabrın 23-də Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən “Bakı, mən səni sevirəm” kinolayihəsinin Heydər Əliyev Mərkəzində təqdimat mərasimi olub. Mərasimdə layihənin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.Təqdimatdan əvvəl Leyla Əliyeva layihənin prodüserləri Yeqor Mixalkov-Konçalovski və Nadir Maçanov ilə görüşüb...