10 iyun 2005
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində Mehriban xanım Əliyeva üçün ayrıca proqram tutulmuşdu.İyunun 10-da Mehriban xanım Əliyevanın Xorvatiya Prezidentinin xanımı Milka Mesiç ilə görüşü oldu. Dövlət başçılarının xanımları mədəniyyət, onun ayrılmaz qolu olan folklor sənətinin təbliği və bu sahədə əməkdaşlıq, habelə səhiyyə...
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iyunun 9-da Musa Nağıyev adına təcili yardım xəstəxanasına gedərək, ötən gün metronun "Bakı Soveti" stansiyasında baş vermiş qəza nəticəsində xəsarət almış insanlara baş çəkmişdir.Yaralananların hər biri ilə ayrılıqda hal-əhval tutan, vəziyyətləri, müalicələrinin gedişi ilə maraqlanan Fondun...
İyunun 3-də Heydər Əliyev Fondunda "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Respublika hökumətinin, xarici ölkələrin səfirliklərinin, beynəlxalq humanitar təşkilatların və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri açan Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri MEHRİBAN ƏLİYEVA...
İyunun 1-də Heydər Əliyev Fondunda "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların kənar edilməsi (deinstitusionalizasiya) və alternativ qayğı" layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Respublika hökumətinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, xüsusi internat məktəbləri və uşaq evlərinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri açan...
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iyunun 1-də - Uşaqları beynəlxalq müdafiə günü Bakı Baş Səhiyyə İdarəsinin Nərimanov rayonundakı Psixoloji-nevroloji uşaq evində olmuşdur. Uşaq evi Fondun vəsaiti hesabına əsaslı təmir olunmuş, lazımi avadanlıqla təmin edilmişdir. Burada Mehriban xanımı böyük səmimiyyətlə, gül-çiçəklə qarşıladılar...