17 may 2012
Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin açılışı oldu. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak ediblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva sərgi iştirakçılarını salamlayaraq dedi...
Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə mayın 15-də Sen-Lui kilsəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunan tədbir keçirilmişdir. Tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Elçin Əmirbəyov 1993-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qızğın ...
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mayın 9-da Zirə qəsəbəsində müasir idman kompleksinin açılışında iştirak edib.Kompleksin tikintisinə Heydər Əliyev Fondunun dəstəyi ilə 2011-ci ilin oktyabrında başlanmışdı. Tikinti işləri yerli və xarici mütəxəssislər tərəfindən AFFA-nın və FİFA-nın nəzarəti altında həyata keçirilib. Kompleksdə idman zalları, tədris...
Mayın 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şüvəlan qəsəbəsindəki 78 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Birinci xanıma məlumat verilib ki, binada yenidənqurma işlərinə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2011-ci ilin fevralında başlanmışdır...
Mayın 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xətai rayonundakı 3 nömrəli uşaq evinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən yay istirahət düşərgəsinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Birinci xanıma məlumat verildi ki, 3 nömrəli uşaq evi 1937-ci ildən fəaliyyət göstərir. Burada 3 yaşdan 18 yaşa qədər valideyn ...