Fəaliyyət

002.gif

Sentyabrın 25-də Bakının Xəzər rayonunun Türkan qəsəbəsində yeni poliklinikanın açılış mərasimi olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu il tikilən poliklinikanın...

DSCN7014.gif

Sentyabrın 24-də Parisin “Porte de Versaille” sərgi salonunda “Top-Rese-2013” Beynəlxalq turizm sərgisi açılıb. Üç gün davam edəcək sərgidə 151 ölkədən minə yaxın turizm şirkəti öz imkanlarını nümayiş etdirir. Beynəlxalq turizm sərgisini Fransanın turizm naziri xanım Silvia Pinel açıb. Açılış mərasimində Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Fondunun hazırladığı...

05_yarat_home-sweet-home-.jpg

Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun və “YARAT!” Müasir İncəsənət Məkanının birgə hazırladıqları “Home, sweet home” (“Ev, doğma ev”) sərgisi açılıb. YARAT!” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova sərgi haqqında məlumat verərək bildirib ki, Heydər Əliyev Fondu və “YARAT!” Müasir İncəsənət Məkanı tərəfindən birgə hazırlanmış...

004.gif

Sentyabrın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə Quba rayon mərkəzində inşa edilmiş Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Xatirə Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri...

01_opera-balet-yeni-movsum-achilish.jpg

Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli V Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub. Eyni gündə Opera və Balet Teatrı 105-ci teatr mövsümünü açıb. Hər iki əlamətdar hadisəyə Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası ilə başlanılıb...