11 may 2013
Heydər Əliyev Fondu Fransanın Aşağı Normandiya regionun Orn departamentindəki Lüql musiqi məktəbinin bir zalının təmirinə yardım edib. Azərbaycanın Fransadakı səfiri Leql şəhərində olub, Heydər Əliyev Fondunun yardımı ilə məktəbin zalında gedən təmir işləri ilə maraqlanıb. Məktəbin direktoru Filip Andres səfirə əsası 1835-ci ildə...
Mayın 9-da Müasir İncəsənət Mərkəzində Beynəlxalq Səyyar İncəsənət Akademiyası layihəsinin iştirakçıları olan rusiyalı gənc rəssamların sərgisinin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib. Sərginin keçirilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlıq edən Rusiyanın Əməkdar İncəsənət Xadimi, Beynəlxalq Proqramlar...
Azərbaycanı Fransada tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində bu ölkədə keçirilən “Azərbaycan günləri” ilə bağlı növbəti tədbir Evian şəhərində təşkil olunub. Evianın Festivallar sarayının Sütunlar zalında nümayiş etdirilən...
Mayın 3-də “Nizami” Kino Mərkəzində Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan “Eurovision Bakıda” filminin və kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Eurovision-2012” Mahnı Müsabiqəsi Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak edib...
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonundakı 82 nömrəli körpələr evi-uşaq bağçasında əsaslı yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub. Mehriban Əliyeva əvvəlcə körpələr evi-uşaq bağçasının əsaslı təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendlə tanış oldu, binanın foyesində ümummilli lider Heydər Əliyevin...