Fəaliyyət

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanın müxtəlif əyalət və şəhərlərində silsilə humanitar tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq iyunun 14-də Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Paxtunva əyalətinə səfər etmişdir.Səfirlikdən bildirmişlər ki, səfər çərçivəsində talassemiya...

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə mayın 29-dan iyunun 5-dək Fransanın Ron-Alp regionunun Qayar, Tonon və Evian şəhərlərində Azərbaycan Mədəniyyət Günləri keçirilmişdir. Azərbaycan Mədəniyyət Günləri Fransa ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır. Qayar şəhərində başlayan tədbirlər...

file1338785144077.jpg

1 İyun - Uşaqların  Beynəlxalq Müdafiəsi Günü Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında böyük təntənə ilə qeyd edilmişdir. Şəhərin, qəsəbə və kəndlərin məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqların ifasında bayram konserti parka toplaşanlara xoş ovqat bəxş etmişdir. Milli geyimdə olan fidanlar mahnı oxumuş, rəqs etmiş, şeirlər söyləmişlər...

001.jpg

İyunun 1-də Heydər Əliyev Fondunun, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Təmiz Şəhər” ASC-nın birgə təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Tullantıdan sənətə” adlı beynəlxalq sərginin açılışı olub. Sərgidə məişət tullantılarından müxtəlif sənət nümunələri hazırlanaraq tədbir iştirakçılarına nümayiş etdirilib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələ Müalicə-Diaqnostika Mərkəzində ilk dəfə böyrək transplantasiyası həyata keçirilmişdir. Mayın 28-29-da həyata keçirilən xeyriyyə aksiyasında 4 hemodializ xəstəsinə-Xaçmaz rayon sakini, 43 yaşlı Nəsibə Əlizamanovaya, Bərdə rayon sakini, 25 yaşlı Ələkbər Cabbarova, Tərtər rayon sakini, 18 yaşlı Elçin Qədirliyə...