Fəaliyyət

_MG_1148.jpg

Yanvarın 17-də Londonda Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” mövzusunda sərginin açılışı olmuşdur.Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişlər...

1.JPG

Heydər Əliyev Fondu hər il uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, kimsəsiz və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirir. Dekabrın 30-da Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və nəvələri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Buta” sarayında...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonun Sahil qəsəbəsində 31 dekabr – Dünya  Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün bayram şənliy keçirilmişdir. Rayon ərazisində fəaliyyət göstərən üç uşaq müəssisəsindən 250 uşağın iştirak etdiyi mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət...

SAMUX-UCQAR KAND-YENI MAKTAB BINASI.JPG

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samux rayonunun ucqar yaşayış məntəqələrindən olan Lüksemburq kəndində yeni məktəb binası istifadəyə verilmişdir. 18 sinif otağından, iki laboratoriyadan, bir kompyuter otağından, müasir avadanlıqla təchiz edilmiş idman zalından ibarət olan ikimərtəbəli məktəb binası, eyni zamanda, mərkəzləşdirilmiş istilik sistemi ilə də təchiz edilmişdir...

Dekabrın 21-dən etibarən Mərkəzi Neftçilər Xəstəxanası Göz Mərkəzinin yüksək ixtisaslı həkim-mütəxəssisləri Şamaxı Müalicə-Diaqnostika Mərkəzində göz əməliyyatları həyata keçirirlər.Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) bildirmişlər ki, Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-in maliyyə dəstəyi ilə həyata keçirilən humanitar aksiya 2 gün davam edəcəkdir...