Fəaliyyət

Martın 3-də Heydər Əliyev Fondunun dəstəyi ilə Avropa Parlamentinin binasında Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımına dair fotosərgi ilə tanış olmuşlar. Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin başçısı Emin Eyyubov keçən əsrin ağrılı və acılı səhifəsi olan Xocalı faciəsi ...

Fevralın 27-də Parisin ən möhtəşəm otellərindən biri olan “Westin”in “Napoleon” zalında Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyi və Fransa-Azərbaycan Dostluq Assosiasiyası Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunmuş tədbir keçirmişlər.Tədbirdən əvvəl iştirakçılar Azərbaycan həqiqətlərini və Xocalı soyqırımını dünya...

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə fevralın 26-da Strasburqdakı Avropa Parlamentlər Assosiasiyasının binasında ölkəmizin və türk diaspor təşkilatlarının, Türkiyə Baş Konsulluğu əməkdaşlarının, tələbələrimizin, yerli və xarici qurumların nümayəndələrinin iştirakı ilə XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının ...

Heydər Əliyev Fondunun dəstəyi ilə bu il Xocalı faciəsinin ildönümü Azərbaycanın xarici ölkələrdəki 50-yə yaxın səfirlik, konsulluq və nümayəndəliklərinin xətti ilə qeyd olunacaqdır. Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı Vaşinqton, Nyu-York, Varşava, London, Haaqa, Dubay, Kiyev, Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Praqa, Paris, Tbilisi və digər şəhərlərdə silsilə ...

Yanvarın 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və Polşanın Azərbaycandakı səfirliyinin Samux rayonunun Sarıqamış kəndində inşa etdirdikləri 200 yerlik yeni məktəb binasının açılışı olmuşdur. Ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsinə ziyarət edildikdən və önünə gül-çiçək dəstələri qoyulduqdan sonra Sarıqamış kəndində məktəbin açılış mərasimi olmuşdur...