Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirmişlər ki, Heydər Əliyev Fondu və Litva Respublikasının Azərbaycandakı səfirliyi arasında bağlanmış müqaviləyə əsasən, 2010/2011-ci tədris ili üçün Litvanın təhsil müəssisələrində azərbaycanlı gənclərin dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilir...
İyulun 12-də Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.Sənədi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas imzalamışlar...
Qəbələ Mərkəzi Rayon Xəstəxanasında talassemiya və hemofiliyalı xəstələrə yardım məqsədi ilə “Donor günü” keçirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasında 135 nəfər rayon sakini könüllü olaraq iştirak etmişdir. Xeyriyyə tədbirində mərkəzi rayon xəstəxanasının, Fövqəladə Hallar Nazirliyi Şimal-Qərb Regional Mərkəzinin və 10 saylı ...
İyulun 7-də Bakının Türkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblər səviyyəsində inşa olunmuş mədəniyyət mərkəzinin açılışı olmuşdur. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və qızı Leyla Əliyeva iştirak etmişlər...
6 iyul 2010
Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonundakı Sadaxlı kəndi Borçalının ən böyük azərbaycanlı kəndlərindəndir. Heydər Əliyev Fondu kənd mədəniyyət evinə 50 adda bədii kitablar hədiyyə etmişdir. Kitabları Azərbaycanın Gürcüstandakı səfirliyindən qəbul edən mədəniyyət evinin direktoru Fərhad Cəlilov qayğı və diqqətə görə respublika rəhbərliyinə, Heydər Əliyev Fondunun ...