Fəaliyyət

Heydər Əliyev Fondu Azərbaycan tarixinin qanlı səhifəsi – Xocalı soyqırımının ildönümü ərəfəsində “Qarabağ həqiqətləri” toplusunu yapon dilində nəşr etmişdir. Silsilə toplu “Qarabağın tarixi haqqında qısa məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri” adlı 5 bukleti əhatə edir...

Fevralın 16-da Londonda məşhur rusiyalı fotoqraf Georgi Pinxasovun fotolarından ibarət “Bakıya sevgi ilə” adlı sərgi keçirilmişdir. Sərgi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla xanım Əliyevanın, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və “Maqnum” agentliyinin təşkilatçılığı ilə baş tutmuşdur...

Heydər Əliyev Fondu şəkərli diabet xəstələrinin zəruri preparatla təmin olunması sahəsində növbəti aksiya həyata keçirmişdir. Səhiyyə Nazirliyi, Azərbaycan Diabet Cəmiyyəti və “Novo Nordisk” şirkətinin ölkəmizdəki nümayəndəliyi ilə birgə həyata keçirilən layihə şəkərli diabet xəstələrinin səhhətini yaxşılaşdırmaq və pasiyentləri müasir müalicə vasitələri ilə təmin etmək məqsədi daşıyır.

001.jpg

Azərbaycan mədəniyyətinin inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondu xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 60 illik yubileyi münasibətilə xanəndənin musiqi albomunu nəşr etmişdir. Alboma Azərbaycan və ingilis dillərində, yüksək poliqrafik səviyyədə və nəfis tərtibatda hazırlanmış, xanəndənin həyat və yaradıcılığını ətraflı əks etdirən kitab və üç kompakt disk daxildir...

1.JPG

Heydər Əliyev Fondu “Buta” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirmişdir. Dekabrın 30-da Fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri...