Fəaliyyət

2.jpg

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva martın 15-də Təhsil Nazirliyinin Bakının Nəsimi rayonundakı 268 nömrəli yardımçı məktəbində olmuşdur. Uşaqlar Mehriban xanımı səmimiyyətlə, gül-çiçəklə qarşıladılar. 1905-ci ildə inşa edilmiş bu binada məktəb 1927-ci ildən fəaliyyət göstərir...

Martın 11-də Türkiyənin "ATV Avropa" kanalının saat 13-də efirə çıxan "Avropada 7 gün" populyar proqramında Xocalı faciəsi haqqında 10 dəqiqəlik veriliş getmişdir. Milli Məclisin deputatları Qənirə Paşayeva, Aqil Abbas, Musa Quliyevin müsahibələrində bu faciənin ermənilər tərəfindən dinc Azərbaycan əhalisinə qarşı əvvəlcədən hazırlanmış ssenari üzrə həyata keçirilmiş soyqırımı aktı olduğu faktlarla ...

01.jpg

Heydər Əliyev Fondunun milli-mədəni dəyərlərimizin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılmasına, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına yönəldilmiş daha bir xeyirxah layihəsi reallaşmışdır. "Heydər Əliyev Fondu təqdim edir..." seriyasından nəşr olunan növbəti kitab "Müharibə və tarixi mədəniyyət abidələrimiz" adlanır...

03.jpg

Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Qəbələ rayonuna gəlmişdir. Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı rayon sakinləri böyük hörmət və ehtiramla, gül-çiçəklə, hərarətli alqışlarla qarşıladılar. Onların əllərində Azərbaycanın dövlət bayraqları, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri, xalqımızın ümummilli liderinin müdrik kəlamları yazılmış transparantlar var idi...

Fevralın 25-də Praqanın mərkəzindəki Vatslav meydanında Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Bu, Heydər Əliyev Fondunun, Azəri-Çex Cəmiyyətinin və Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar Çexiyada keçiriləcək silsilə tədbirlərin ilki olmuşdur.Ermənilərin azərbaycanlılara qarşı törətdikləri...