Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində Heydər Əliyev Fondunun inşa etdirdiyi qızlar üçün orta məktəb binası istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə inşa olunmuş yeni bina 2005-ci ilin oktyabrında baş verən güclü zəlzələ nəticəsində yararsız vəziyyətə ...
Fevralın 1-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında və Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin keçirdiyi və üç aydan çox davam etmiş “Muğam televiziya müsabiqəsi–2007” qaliblərinin qala-konserti olmuşdur. Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi...
25 yanvar 2008
Yanvarın 25-də Heydər Əliyev Fondu ilə ABŞ-ın “Uşaqların Xilası” (Save the Children) təşkilatı arasında Azərbaycanda uşaqlar üçün inkişafa doğru yönəlmiş səylərin birləşdirilməsini nəzərdə tutan Anlaşma memorandumu imzalanmışdır. Memorandumu Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və “Uşaqların Xilası” təşkilatının ölkəmizdəki nümayəndəsi Cef Cakomini imzalamışlar...
Yanvarın 22-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva “Muğam televiziya müsabiqəsi-2007”-nin qalibləri və münsiflər heyətinin üzvləri ilə görüşmüşdür.
15 yanvar 2008
Yanvarın 15-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi və Heydər Əliyev Fondunun dəstəyi ilə üç aydan çox davam edən “Televiziya Muğam Müsabiqəsi–2007”nin final mərhələsi keçirilmişdir.Bu möhtəşəm musiqi bayramında Azərbaycan muğam sənətinin qorunub saxlanılmasında, təbliğində və inkişaf...