Mayın 10-da Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva körpələr evinin açılışında iştirak ediblər. 1930-cu ildə tikilmiş bina uzun illər təmir edilmədiyinə görə yararsız hala düşmüşdü...
Bakıda Heydər Əliyev Fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” keçirilib. İlkin mərhələdə respublikanın 17 ali təhsil müəssisəsindən 66 komandanın iştirakı ilə keçirilən Olimpiadanın...
Martın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Abşeron rayonunun Masazır qəsəbəsində yeni uşaq bağçası istifadəyə verilib. Açılış mərasimində Abşeronla qardaşlaşan Misirin Qalubiyyə vilayətinin qubernatoru Məhəmməd Əbduzzahirin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib...
24 fevral 2015
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevirə səfəri çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş uşaq bağçasının açılışında iştirak edib. Yeni uşaq bağçası 120 yerlikdir və onun inşasına 2014-cü ilin aprelində başlanılmışdı. Bağçanın foyesində ümummilli lider Heydər Əliyevin, dövlət başçısı İlham Əliyevin...
27 dekabr 2014
Dekabrın 27-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Abşeron rayonunun Məmmədli kəndində 10 nömrəli körpələr evi-uşaq bağçasının yeni binası istifadəyə verilib. İkimərtəbəli bina 120 yerlikdir. Buranın balaca sakinlərinin təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olur. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını...