7 oktyabr 2015
Oktyabrın 7-də Dərbənddə Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin adını daşıyan 4 nömrəli orta ümumtəhsil məktəbinin Heydər Əliyev Fondunun dəstəyi ilə yenidənqurmadan sonra açılışı olub. Dağıstan KİV-lərində verilən məlumata görə, tədbirə toplaşanlar qarşısında çıxış edən məktəbin direktoru Gülnaz Səmədova görülmüş işlər barədə məlumat verib...
17 sentyabr 2015
Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Binanın inşasına 2014-cü ilin mayında başlanılıb. Ümumi sahəsi 1200 kvadratmetr olan bağça lazımi avadanlıqla təchiz edilib.Bağçanın ərazisində yaşıllıq zolağı salınıb...
15 sentyabr 2015
Sentyabrın 15-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində Bilik günü qeyd olunub. İnternat məktəbinin şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyələri – məktəbli geyimləri və dərs ləvazimatları təqdim edilib. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi...
11 sentyabr 2015
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Biləsuvarda inşa olunan 100 yerlik uşaq bağçası istifadəyə verilib. Biləsuvar şəhərinin “Təyyarə meydanı” adlanan yaşayış massivində təməli ötən ilin mart ayında qoyulmuş 100 yerlik ikimərtəbəli bağça binası 20 otaqdan ibarətdir və burada balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar yaradılıb...
9 sentyabr 2015
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 139 nömrəli orta məktəbdə aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları, çantalar və məktəb ləvazimatları təqdim olunub. Yeni tədris ili ərəfəsində sözügedən rayonda yaşayan imkansız, maddi durumu ağır olan ailələrdən orta ümumtəhsil məktəblərində təhsil alacaq 200 məktəbli bu aksiyadan faydalanıb...