Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Oğuz şəhərinin Dədə Qorqud küçəsində 100 yerlik yeni uşaq bağçasının tikintisinə başlanılıb. Proqram çərçivəsində tezliklə şəhərin yeni yaşayış massivində 100 yerlik daha bir bağçanın tikintisinə başlanılması nəzərdə tutulur...
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsində daha bir uşaq bağçasının əsaslı təmiri və yenidən qurulması işləri həyata keçiriləcək. Artıq bununla əlaqədar layihə sənədləri hazırlanıb. Hazırda 110 uşağın tərbiyə aldığı, ümumi ərazisi 3500 kvadratmetr olan körpələr evi-uşaq bağçası 3 korpusdan və musiqi zalından ibarətdir. Qəsəbədə məktəbəqədər təhsil müəssisələrinə...
8 iyun 2014
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağsu şəhərində 100 yerlik uşaq bağçası-körpələr evi inşa olunur. 0,3 hektar ərazidə tikilən ikimərtəbəli uşaq bağçası-körpələr evi müasir memarlıq üslubunda olacaq. Burada 5 qrup üçün nəzərdə tutulan yataq, idman, musiqi, əyləncə, həkim otaqları, yeməkxana yaradılacaq. Tikintisi yerli inşaatçılar tərəfindən aparılan uşaq bağçası-körpələr...
8 iyun 2014
Heydər Əliyev Fondunun dəstəyi ilə Zaqatala şəhərində hər biri 100 yerlik 2 yeni uşaq bağçasının tikintisinə başlanılıb. Şəhərin şimal-qərb yaşayış massivində inşa edilən bağçanın tikintisi üçün 0,4 hektar torpaq sahəsi ayrılıb. Hazırda ərazidə torpaq işləri görülür, binanın bünövrəsi qazılır. Digər 100 yerlik uşaq bağçası isə şəhərin Azərbaycan prospektində, yeni salınan...
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samux rayon mərkəzində iki yeni bağçanın inşasına başlanılıb. Hər biri 100 yerlik olan ikimərtəbəli bağçalarda bütün yaş qrupundan olan körpələrin qidalanması, təlim-tərbiyəsi, rahat dincəlməsi və əylənməsi üçün hər cür şərait yaradılacaq. Bağça binalarının cari ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur...