Səhiyyə

003.JPG

Fevralın 25-də Bakının Pirşağı qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı surətdə yenidən qurulan 34 nömrəli şəhər səhiyyə kompleksi istifadəyə verilmişdir.Kompleksin açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iştirak etmişdir.Mərasim iştirakçıları...

Körpələrin ana südü ilə qidalandırılmasının ana və uşaqlar üçün faydası, bu sahədə fəal təbliğat işlərinin aparılması noyabrın 25-də Bakı Biznes Mərkəzində Heydər Əliyev Fondu, BMT-nin Uşaq Fondu (YUNİSEF) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda ana südü ilə qidalanmanın mövcud problemləri və onların aradan qaldırılmasının yolları” mövzusunda keçirilən...

Heydər Əliyev Fondu Yunanıstanın Azərbaycandakı səfirliyi ilə birlikdə Respublika Endokrinoloji Mərkəzinə yod çatışmazlığı xəstəliklərinin aşkar edilməsi üçün portativ ultrasəs müayinə aparatı hədiyyə etmişdir. Noyabrın 13-də bu aparat Mərkəzə təqdim olunmuşdur.Portativ ultrasəs müayinə aparatı Yunanıstan tərəfindən hədiyyə edilmiş ikinci tibbi avadanlıqdır. İlk belə aparat Şəki...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Akademik Zərifə Əliyeva adına Azərbaycan Göz Xəstəlikləri İnstitutunun peşəkar tibb işçilərindən ibarət həkim briqadası Daşkəsəndə xeyriyyə aksiyası keçirmişdir.Müxtəlif xarici ölkələrdə peşə hazırlığı keçmiş yüksək ixtisaslı həkimlər gün ərzində 80 nəfərədək xəstəni müayinə etmişlər. Bunlardan 60 nəfəri yaşlı, 20 nəfəri isə yeniyetmə və azyaşlılardır...

Sentyabrın 24-də Lerik Rayon Mərkəzi Xəstəxanasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə qanvermə aksiyası keçirilmişdir. Rayonda ilk dəfə keçirilən humanitar tədbirin birinci günü Bahadur Eyvazov adına Hematologiya və Transfiziologiya İnstitutunun 5 əməkdaşından ibarət həkim briqadası 300 nəfərdən qan götürmüşdür...