24 sentyabr 2010
Heydər Əliyev Fondunun dəstəyi ilə şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlarla bağlı növbəti layihəyə start verilmişdir. Heydər Əliyev Fondunun və “Sanofi-aventis” şirkətinin birgə layihəsi çərçivəsində aztəminatlı ailələrdən seçilən I tip şəkərli diabeti olan 18 yaşınadək 200 pasiyentə sentyabrın 24-də iki min şpris-qələmdən ibarət 400 qutu Apidra insulin preparatı təqdim olunmuşdur...
17 sentyabr 2010
Heydər Əliyev Fondunun dəstəyi ilə “WORLDMED” klinikasında həyata keçirilən humanitar aksiya həftəsi başa çatmışdır. Sayca üçüncü olan bu xeyriyyə həftəsində 43 uşaq üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Artıq ikinci ildir ki, bu klinikada aztəminatlı ailələrdən olan “dovşandodaq” və “qurd ağzı” diaqnozlu uşaqlar üzərində bərpa əməliyyatları keçirilir.
6 sentyabr 2010
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Şəkərli diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlar üçün Gəncədə təşkil edilmiş yay istirahət düşərgəsi başa çatmışdır...
Heydər Əliyev Fondunun dəstəyi ilə artıq ikinci ildir ki, Azərbaycanda şəkərli diabetli uşaqlar üçün analoqu olmayan psixo-sosial reabilitasiya yay məktəbi təşkil olunur.Bu məqsədlə Gəncə şəhərində 15 gün fəaliyyət göstərəcək yay düşərgəsi valideyn himayəsindən məhrum olmuş uşaqlar, eləcə də məcburi köçkün və qaçqın, tərkibində 2-3 nəfər şəkərli diabet olan ailələrdən seçilmiş...
13 avqust 2010
Avqustun 13-də Bakı Biznes Mərkəzində Heydər Əliyev Fondu və UNICEF-in birgə təşkilatçılığı ilə anemiya və talassemiya üzrə “dəyirmi masa” keçirilmişdir.Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev bildirmişdir ki, son 6 il ərzində Fond tərəfindən səhiyyə sahəsində də bir sıra uğurlu layihələr reallaşdırılmışdır. Talassemiya xəstəliyi hazırda ölkəmizdə çox aktualdır...