Səhiyyə

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Akademik Zərifə Əliyeva adına Azərbaycan Göz Xəstəlikləri İnstitutunun peşəkar tibb işçilərindən ibarət həkim briqadası Daşkəsəndə xeyriyyə aksiyası keçirmişdir.Müxtəlif xarici ölkələrdə peşə hazırlığı keçmiş yüksək ixtisaslı həkimlər gün ərzində 80 nəfərədək xəstəni müayinə etmişlər. Bunlardan 60 nəfəri yaşlı, 20 nəfəri isə yeniyetmə və azyaşlılardır...

Sentyabrın 24-də Lerik Rayon Mərkəzi Xəstəxanasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə qanvermə aksiyası keçirilmişdir. Rayonda ilk dəfə keçirilən humanitar tədbirin birinci günü Bahadur Eyvazov adına Hematologiya və Transfiziologiya İnstitutunun 5 əməkdaşından ibarət həkim briqadası 300 nəfərdən qan götürmüşdür... 

5.jpg

Heydər Əliyev Fondunun dəstəyi ilə şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlarla bağlı növbəti layihəyə start verilmişdir. Heydər Əliyev Fondunun və “Sanofi-aventis” şirkətinin birgə layihəsi çərçivəsində aztəminatlı ailələrdən seçilən I tip şəkərli diabeti olan 18 yaşınadək 200 pasiyentə sentyabrın 24-də iki min şpris-qələmdən ibarət 400 qutu Apidra insulin preparatı təqdim olunmuşdur...

Heydər Əliyev Fondunun dəstəyi ilə “WORLDMED” klinikasında həyata keçirilən humanitar aksiya həftəsi başa çatmışdır. Sayca üçüncü olan bu xeyriyyə həftəsində 43 uşaq üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Artıq ikinci ildir ki, bu klinikada aztəminatlı ailələrdən olan “dovşandodaq” və “qurd ağzı” diaqnozlu uşaqlar üzərində bərpa əməliyyatları keçirilir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Şəkərli diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlar üçün Gəncədə təşkil edilmiş yay istirahət düşərgəsi başa çatmışdır...