Xəbərlər

2012-ci ilin mayında Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə hazırlıq çərçivəsində Heydər Əliyev Fondu ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır.“Eurovision” mahnı müsabiqəsinin təskili və keçirilməsinə dəstək göstərilməsi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin müraciətini qəbul edən...

Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) və Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ilə birlikdə Moskvada və Rusiyanın 20-dən çox regionunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində irimiqyaslı xeyriyyə aksiyaları keçirilmişdir...

Heydər Əliyev Fondunun Prezident İlham Əliyevin 50 illik yubileyi ilə bağlı hazırladığı “XXI əsrin salnaməsi” adlı sənədli film dekabrın 24-də Azərbaycan Televiziyası ilə nümayiş olunmuşdur. Layihənin rəhbəri Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, ideya müəllifi isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Sergey Şanoviçin rejissorluğu ilə çəkilmiş film Mehriban xanım Əliyevanın bu fikirləri ilə ...

SAMUX-UCQAR KAND-YENI MAKTAB BINASI.JPG

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samux rayonunun ucqar yaşayış məntəqələrindən olan Lüksemburq kəndində yeni məktəb binası istifadəyə verilmişdir. 18 sinif otağından, iki laboratoriyadan, bir kompyuter otağından, müasir avadanlıqla təchiz edilmiş idman zalından ibarət olan ikimərtəbəli məktəb binası, eyni zamanda, mərkəzləşdirilmiş istilik sistemi ilə də təchiz edilmişdir...

M.CHUKANOVICH-FOND-TANISHLIQ.JPG

Azərbaycanda səfərdə olan Monteneqro Respublikasının sabiq Prezidenti və Baş naziri, Monteneqro Sosialistlərinin Demokratik Partiyasının sədri Milo Çukanoviç dekabrın 22-də Heydər Əliyev Fondunda olmuşdur. Qonağa Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Fond ümummilli liderin ...