Xəbərlər

Dekabrın 21-dən etibarən Mərkəzi Neftçilər Xəstəxanası Göz Mərkəzinin yüksək ixtisaslı həkim-mütəxəssisləri Şamaxı Müalicə-Diaqnostika Mərkəzində göz əməliyyatları həyata keçirirlər.Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) bildirmişlər ki, Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-in maliyyə dəstəyi ilə həyata keçirilən humanitar aksiya 2 gün davam edəcəkdir...

002.jpg

Dekabrın 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli ictimai-siyasi xadim, milli mətbuatımızın klassiki Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilmişdir.Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban  Əliyeva iştirak etmişdir.Filarmoniyanın foyesində Nəsir İmanquliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi açılmışdır.

01.JPG

Dekabrın 21-də Xaçmazrayonunun ənucqaryaşayış məntəqələrindənbirində - Şimali kəndində Heydər Fondunun təşəbbüsü ilə inşa edilmiş orta məktəb binasının açılışı olmuşdur. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində tikilmiş bu məktəbdə tədris rus dilində olacaqdır. Məktəbdə, eyni zamanda 120 şagird təhsil alacaqdır...

ITAR-TASS-BASH REDAKTOR-FOND-TANISHLIQ.JPG

Dekabrın 17-də İTAR-TASS agentliyinin ümumi xəbərlər xidmətinin baş redaktoru Aleksandr Kopnov və informasiya-sorğu təminatı xidmətinin baş redaktoru Nataliya Savinova Heydər Əliyev Fondunda olmuşlar.Ziyarət zamanı qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Fond...

“Eurovision - 2012” mahnı müsabiqəsinin Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan haqqında yeni reklam çarxı hazırlanmışdır.Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş ingilis dilində olan reklam çarxı artıq beynəlxalq telekanallarda yayımlanır. Ölkəmizi tanıtdıran videoçarxda Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla xanım Əliyeva çəkilmişdir...