Xəbərlər

3.JPG
Lənkəran rayonunda Heydər Əliyev Fondu tərəfindən Ramazan bayramı ilə əlaqədar iftar sürfəsi açılıb. İftar süfrəsində rayonda yaşayan şəhid ailələrinin üzvləri, əlillər, müharibə veteranları, dindarlar və din xadimləri, ümumilikdə 350 nəfər iştirak edib. Mərasimdə xeyriyyəçilik aksiyalarının keçirilməsində və sosial qayğıya ehtiyacı olan insanlara köməkliyin...

2.1.jpg
Müqəddəs Ramazan ayı münasibətilə Heydər Əliyev Fondu tərəfindən növbəti iftar süfrəsi iyunun 1-də Xaçmaz şəhərində təşkil olunub. Din xadimlərinin, şəhid ailələri üzvlərinin, Qarabağ müharibəsi əlilləri və imkansız ailələrdən olan insanların iştirak etdikləri iftar mərasimlərində “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib, Ramazan ayının fəzilətləri...

2.JPG
İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında növbəti Uşaq festivalı təşkil olunub. Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilib. Festival çərçivəsində Mərkəzin parkında uşaqların maraqlarını əhatə edən, dünyagörüşlərini genişləndirən müxtəlif zonalar yaradılıb...

01.JPG

Mayın 31-də Azərbaycanda ilk dəfə autizm sindromlu uşaqların I Autizm Mədəniyyət Festivalı təşkil olunub. Tədbir "Uşaqların Xoşbəxt Gələcəyi" İctimai Birliyi, "Birgə və Sağlam" İctimai Birliyi və "Ümid var" xeyriyyə könüllülərinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

1.jpg
Heydər Əliyev Fondu tərəfindən müqəddəs Ramazan ayı münasibətilə növbəti iftar süfrəsi mayın 30-da Şəki şəhərində və Piralallahıda təşkil olunub. Din xadimlərinin, şəhid ailələri üzvlərinin, Qarabağ müharibəsi əlilləri və imkansız ailələrdən olan insanların iştirak etdiyi iftar mərasimlərində “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib, Ramazan ayının fəzilətləri barədə...