17 fevral 2009
Fevralın 17-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Afinada Xərçəng Xəstəliyinə Tutulan Uşaqların Dostluq Assosiasiyasında - “ELPİDA”da olmuşdur. Mehriban xanım Əliyevanı assosiasiyanın rəhbərləri hörmətlə qarşıladılar...
Yanvarın 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və Polşanın Azərbaycandakı səfirliyinin Samux rayonunun Sarıqamış kəndində inşa etdirdikləri 200 yerlik yeni məktəb binasının açılışı olmuşdur. Ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsinə ziyarət edildikdən və önünə gül-çiçək dəstələri qoyulduqdan sonra Sarıqamış kəndində məktəbin açılış mərasimi olmuşdur...
29 yanvar 2009
Yanvarın 28-də Azərbaycan Prezidenti İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondu ilə birgə Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində Heydər Əliyev muzey və mərkəzlərinin işinin təşkili və fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinə həsr olunmuş respublika seminar-müşavirəsi keçirmişdir...
29 yanvar 2009
Azərbaycanın Meksikadakı nümayəndəliyi Heydər Əliyev Fondunun təqdim etdiyi kitabları - “Qarabağ həqiqətləri”, “La Mitomania Armenia” (ispan dilində), habelə Çingiz Fərzəliyevin “Azərbaycan rəngkarlığı” antologiyasını Mexiko şəhərindəki İberoamerika Universitetinin (Universidad Iberoamericana) nəzdində fəaliyyət göstərən Latın Amerikasının ən böyük kitabxanalarından birinə bağışlayıb...
Yanvarın 22-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində Bakının Sabunçu, Nizami və Nərimanov rayonlarında bir neçə obyektin açılışında iştirak etmişdir. Fondun prezidenti əvvəlcə Maştağa qəsəbəsindəki “Təbəssüm” uşaq sanatoriyasına gəldi...