Xəbərlər

Martın 4-də YUNESKO-nun xoşməramlı səfirlərinin illik iclasının sonuncu günü uşaqların təhsili ilə bağlı "Hər bir insan üçün təhsil" mövzusunda müzakirələr aparılmışdır. Çıxış edən xoşməramlı səfirlər uşaqlar arasında savadsızlıq hallarının artmasından ciddi narahat olduqlarını, Afrika və Asiyanın bir çox ölkələrində uşaqların əksəriyyətinin yazıb-oxumağı bacarmadıqlarını, təhsildən ayrı düşdüklərini bildirmişlər...

Azərbaycanda səfərdə olan Gürcüstanın Baş naziri Zurab Noğaideli və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri martın 4-də Heydər Əliyev Fondunda olmuşlar.Qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fond və onun məqsədləri barədə məlumat verilmişdir.Gürcüstanın Baş naziri və onu müşayiət edən şəxslər ümummilli liderimizin...

1.jpg

UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyeva xoşməramlı səfirlərin illik iclasında iştirak etmək üçün Fransa paytaxtına gəlib. Martın 3-də iclas öz işinə başlayıb. UNESCO-nun iqamətgahında Mehriban xanım Əliyevanı təşkilatın baş direktoru Koiçiro Matsuura və digər rəsmi şəxslər...

0_edit.jpg

YUNESKO-nun baş direktoru Koiçiro Matsuura Parisdə xoşməramlı səfirlərin illik iclasında iştirak edən xoşməramlı səfir, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyevanı qəbul etmişdir. Görüş zamanı Mehriban xanım Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını baş direktora çatdırmışdır...

YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban Əliyeva “2004-cü ilin ictimai xadimi” nominasiyası üzrə “Caspian Energy İnteqration Award-2005” beynəlxalq mükafatına layiq görülmüşdür. Bu ən yüksək mükafatın verilməsi barədə qərar kluba daxil olan və 30 ölkəni təmsil edən 100-dən artıq şirkətin və təşkilatın keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən qəbul olunmuşdur...