29 oktyabr 2014
Oktyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sankt-Peterburqun Qoroxovaya küçəsindəki 6 nömrəli binaya vurulmuş barelyefi qarşısında ulu öndərin xatirəsini yad edib. 1949-1950-ci illərdə Heydər Əliyev bu binada yerləşən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali məktəbində təhsil alıb...
29 oktyabr 2014
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın Sankt-Peterburq şəhərinə səfəri çərçivəsində bir neçə uşaq evində və internat məktəbində olub. Şəhərdəki kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlar üçün 13 saylı uşaq evində olan Leyla Əliyevaya məlumat verilib ki, ixtisaslaşdırılmış psixonevroloji uşaq müəssisəsində 60-dan çox uşaq tərbiyə alır...
28 oktyabr 2014
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Almaniyada keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində oktyabrın 28-də Hannover şəhərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olub. Hannover Konqres Mərkəzində keçirilən konsertdə çıxış edən səfir Pərviz Şahbazov...
2014-cü il dekabrın 4-də Parisdəki Qış Sirkində güləş üzrə Fransa və Azərbaycan yığmaları qarşılaşacaq. “Bakı-2015” birinci Avropa oyunlarının təqdimat kompaniyası çərçivəsində keçiriləcək yoldaşlıq görüşündə komandalar Roma-Yunan, sərbəst və qadın güləşi üzrə üç növdə güclərini sınayacaqlar. 8 çəki dərəcəsində keçirilən yarışda ümumi hesabla...
24 oktyabr 2014
Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestin 5-ci sektorunda yerləşən “Müqəddəs Maria” uşaq evinə məişət texnikası, ərzaq və geyimdən ibarət humanitar yardım edilib. Uşaq evinin direktoru Yuliana Stoiçesku Heydər Əliyev Fondunun hər zaman ehtiyacı olan insanlara kömək etdiyini bildirib və bunun yüksək qiymətləndirildiyini söyləyib...