22 oktyabr 2014
Oktyabrın 22-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşüb. Mehriban Əliyeva Heydər Əliyev Fondu ilə Həştərxan vilayətini səmərəli əməkdaşlıq əlaqələrinin birləşdirdiyini deyib. Fondun Həştərxanda bir sıra iri layihələr reallaşdırdığını xatırladan...
20 oktyabr 2014
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva oktyabrın 20-də Bakıda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransda iştirak edən İran İslam Respublikasının ailə və qadın məsələləri üzrə vitse-prezidenti Şahindoxt Movlaverdi ilə görüşüb. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva...
Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncə şəhərində inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı və xanımı körpələr evi-uşaq bağçası ilə tanış oldular. Məlumat verildi ki, ikimərtəbəli binada...
Oktyabrın 13-də Almaniyanın paytaxtı Berlin şəhərinin məşhur mədəniyyət mərkəzlərindən olan Bode muzeyində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə birinci Avropa Oyunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədri olduğu...
Oktyabrın 12-də Qaradağ rayonunun Lökbatan və Sahil qəsəbələrində yerləşən 19 və 23 nömrəli birləşmiş şəhər xəstəxanalarında valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqları üçün sünnət aksiyası keçirilib. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən aksiya zamanı 1-10 yaş arasında 120 uşaq üzərində əməliyyat aparılıb...