Heydər Əliyev Fondunun təşəbbüsü ilə Füzuli rayonunun Bala Bəhmənli kəndində 60 yerlik uşaq bağçası üçün inşa olunacaq yeni binanın təməlinin qoyulması mərasimi keçirilib. Yeni uşaq bağçasında qruplar üçün məşğələ və yataq otaqları, həmçinin musiqi, həkim və digər otaqlar yaradılacaqdır. Uşaq bağçasının cari ildə istifadəyə verilməsi nəzərdə tutulur. Qeyd edək ki, Heydər Əliyev Fondunun...
28 fevral 2014
Fevralın 28-də İllinoys ştatının Çikaqo şəhərində Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar mərasim keçirilib. Loyola Universitetində keçirilən mərasimdə universitetin professor-tələbə heyəti, Azərbaycan və türk diasporunun nümayəndələri, beynəlxalq cinayətlərin araşdırılması sahəsi üzrə tanınmış mütəxəssislər iştirak ediblər. Azərbaycanın ABŞ-dakı səfirliyinin ikinci katibi...
28 fevral 2014
Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə yaradılmış, Rumın-Amerikan Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Araşdırmalar Mərkəzində fevralın 28-də Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə başlanılıb. Açılış mərasimində Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumın-Amerikan Universitetinin rəhbər və müəllim heyəti...
27 fevral 2014
Fevralın 27-də Parisdə görkəmli rəssam, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, SSRİ Xalq Rəssamı Tahir Salahovun “Əsrlərin qovuşuğunda” adlı fərdi sərgisi açılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa İncəsənət Akademiyası, Azərbaycanın Turizm və Mədəniyyət Nazirliyi və ölkəmizin Fransadakı səfirliyinin...
Fevralın 27-də Moskvanın “AZIMUT Moscow Olympic” otelinin konfrans salonunda Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib. Mehmanxananın foyesində Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş “Uşaqlar və müharibə”...