Xəbərlər

tn (2).jpg

Fevralın 17-də Parisdə Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə və “Azərbaycan” kitabının təqdimatına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Heydər Əliyev Fondunun, ölkəmizin Fransadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə baş tutan mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir...

003.JPG

Fevralın 17-də Parisdə Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frederik Mitteran ilə görüşmüşdür...

Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Qardabani rayonundakı Qaracalar kəndində yeni məktəb binası inşa olunur. Müasir tələblər səviyyəsində tikilən bina yeni dərs ilinədək istifadəyə veriləcəkdir.Qaracalar məktəbinin binası Heydər Əliyev Fondunun bilavasitə maliyyə dəstəyi ilə inşa olunur. Fond Gürcüstandakı soydaşlarımızın sosial-iqtisadi durumunun yaxşılaşdırılması ilə yanaşı...

LITVA SEYMININ SADRI-SAFAR-HEYDAR ALIYEV FONDU- TANISHLIQ.JPG

Bakıda səfərdə olan Litva Seyminin sədri xanım İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyəti fevralın 9-da Heydər Əliyev Fondunda olmuşdur.Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir...

01.JPG

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzinin açılışında iştirak etmişdir.Heydər Əliyev Fondunun fiziki cəhətdən qüsurlu insanların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirdiyi layihələrindən olan Gəncə regional informasiya mərkəzinin yaradılmasında əsas məqsəd məhdud fiziki imkanlı insanlar üçün informasiya texnologiyalarının tədrisidir...