Xəbərlər

02.JPG

Rusiyanın Stavropol vilayətinin qubernatoru Valeri Qayevskinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 28-də Heydər Əliyev Fondunda olmuşdur. Fondla tanışlıq zamanı rusiyalı qonaqlara onun vəzifələri və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Qonaqlar burada ümummilli liderin həyat və fəaliyyətini əks etdirən zəngin ekspozisiya ilə tanış oldular...

3.JPG

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva aprelin 28-də Parisdə YUNESKO-nun əsas iqamətgahında bu qurumun yeni seçilmiş baş direktoru İrina Bokova ilə görüşmüşdür. YUNESKO-nun baş direktoru İrina Bokova Mehriban xanım Əliyevanı səmimiyyətlə qarşılamışdır...

02.JPG

Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində 1982-1987-ci illərdə SSRİ Nazirlər Sovetinin katibliyində və 9-cu idarəsində çalışan əməkdaşlardan ibarət nümayəndə heyəti aprelin 22-də Heydər Əliyev Fondunda olmuşdur. Rusiyalı qonaqların arzusu ilə gerçəkləşən səfər Heydər Əliyev Fondunun dəvəti ilə həyata keçmişdir. Qonaqlar ümummilli liderin zəngin irsinin öyrənilməsi, ulu öndərin milli dövlətçilik ...

Aprelin 20-də Şəmkirdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım məqsədilə qanvermə aksiyası keçirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən aksiyaya rayonun idarə və müəssisələrinin nümayəndələri qoşulmuşlar. Tibbi prosedurları Mərkəzi Rayon Xəstəxanası əməkdaşları və Respublika Qan Bankının həkim briqadası aparmışlar...

HAF-MTN-AKADEMIYA (1).JPG

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının bir qrup əməkdaşı və kursantı aprelin 20-də Heydər Əliyev Fondunda olmuşdur. Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı keçirilən tanışlıq zamanı qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Ömrünü Azərbaycana və xalqına həsr etmiş, bugünkü müstəqil dövlətimizin qurucusu ulu öndər ...