20 aprel 2010
Azərbaycan Diplomatik Akademiyasının xarici siyasət proqramının iştirakçıları aprelin 20-də Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara Fondun tarixi və fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, əsas məqsədi ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliği olan Fond yarandığı gündən səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə bir sıra layihələr həyata keçirmişdir...
Azərbaycanda səfərdə olan Küveyt Dövləti Milli Məclisinin qadın deputatları və Küveyt–Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti aprelin 20-də Heydər Əliyev Fondunda olmuşdur. Burada qonaqlara xalqımızın ümummilli liderinin adını daşıyan Fondun yaranması, çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilmişdir...
Salyanda mənzil problemi olan 150 ailə üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə fərdi ev tikintisinə başlanmışdır. Yeni yaşayış sahəsi şəhərin Plastik adlanan məhəlləsində salınır. Artıq 10-dan çox evin bünövrəsi qoyulmuşdur. Hər birinin yaşayış sahəsi 300-600 kvadratmetr olacaq yeni mənzillərin bir hissəsi sakinlərin ixtiyarına bu il veriləcəkdir...
16 aprel 2010
Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində kurs keçən şəhər, rayon mədəniyyət və turizm şöbələrinin müdirləri aprelin 16-da Heydər Əliyev Fondu ilə tanış olmuşlar. Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı keçirilən tanışlıq zamanı qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir...
15 aprel 2010
Estoniyanın Tallinn şəhərinin Kristiyne rayonunun başçısı Mixail Korbun rəhbərliyi ilə Bakıya səfərə gəlmiş nümayəndə heyəti aprelin 15-də Heydər Əliyev Fondunda olmuşdur. Qonaqlara Fondun vəzifələri və fəaliyyəti barədə geniş məlumat verilmişdir. Bildirilmişdir ki, əsas məqsədi ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği olan Fond uşaq və gənclərin sağlam, milli mənəvi dəyərlərə sadiq ...