26 fevral 2010
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi və Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Səfirlikdən bildirmişlər ki, səfir Eldar Həsənov Xocalı faciəsinin Azərbaycan tarixinin unudulmaz və qanlı səhifələrindən olduğunu vurğulamış ...
25 fevral 2010
Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü bu il dünyanın 100-dən artıq nöqtəsində qeyd olunur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər Fondun təmin etdiyi təbliğat materialları əsasında həyata keçirilir. Anma mərasimlərinin hər il keçirildiyi şəhərlərin sırasına bu il Norveçin paytaxtı Oslonun da adı əlavə olunmuşdur...
24 fevral 2010
Veteranlar arasında Azərbaycanın 4-cü açıq çempionatında iştirak etmək üçün Bakıya gəlmiş Ağır Atletika üzrə Avropa Ustalar Komitəsinin rəhbər heyəti fevralın 24-də Heydər Əliyev Fondunda olmuşdur. Qonaqlar ümummilli liderin fenomen şəxsiyyət, mahir diplomat, görkəmli siyasətçi, nəcib insan olduğunu əks etdirən fotoşəkillərə baxdılar. Ümummilli liderin orta və ali məktəbləri əla qiymətlərlə bitirməsi barədə ...
23 fevral 2010
Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar Rumıniyada keçirilən silsilə tədbirlər çərçivəsində fevralın 22-də Buxarest şəhəri 2-ci sektorunun Mədəniyyət Mərkəzində “Canlı alov – Azərbaycan təəssüratları” mövzusunda konfrans təşkil olunmuşdur. Tədbir Buxarest Yazıçılar Assosiasiyası, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi və Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə keçirilmişdir...
23 fevral 2010
Heydər Əliyev Fondu və ABŞ Konqresinin kitabxanası arasında əməkdaşlığın əsasını qoymaq üçün, eyni zamanda Dünya Elektron Kitabxanası təşəbbüsünə qoşulmaq məqsədilə 2009-cu ildə Heydər Əliyev Fondunun ABŞ-dakı nümayəndəsi ilə kitabxananın yüksək rütbəliləri arasında bir sıra görüşlər keçirilmişdir. Aprel ayında Fondun nümayəndəsi ilə Konqresin kitabxanaçısı cənab Ceyms Bilinqton görüşmüş ...