20 fevral 2010
Ağır atletika üzrə veteranlar arasında Azərbaycanın 4-cü açıq çempionatının iştirakçıları - ikiqat Olimpiya, səkkizqat dünya və Avropa çempionu Vasiliy Alekseyev xanımı Olimpiada Alekseyeva ilə birlikdə fevralın 20-də Heydər Əliyev Fondunda olmuşlar. Karyerası ərzində 80-dək dünya rekordu vuran V. Alekseyev XX əsrdə dünyanın ən güclü idmançısı elan olunmuşdur...
19 fevral 2010
Heydər Əliyev Fondu Azərbaycan tarixinin qanlı səhifəsi – Xocalı soyqırımının ildönümü ərəfəsində “Qarabağ həqiqətləri” toplusunu yapon dilində nəşr etmişdir. Silsilə toplu “Qarabağın tarixi haqqında qısa məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri” adlı 5 bukleti əhatə edir...
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit rütbəsi ilə təltif edilmişdir. Bu münasibətlə Fransa Respublikasının Prezidenti Nikola Sarkozi Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya məktub ünvanlamışdır...
16 fevral 2010
Fevralın 16-da Londonda məşhur rusiyalı fotoqraf Georgi Pinxasovun fotolarından ibarət “Bakıya sevgi ilə” adlı sərgi keçirilmişdir. Sərgi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla xanım Əliyevanın, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və “Maqnum” agentliyinin təşkilatçılığı ilə baş tutmuşdur...
Fevralın 16-da Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə nüfuzlu İordaniya Universitetində Azərbaycana həsr olunmuş sərgi keçirilmişdir. Səfirlikdən bildirmişlər ki, sərgidə ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif anlarını habelə ölkəmizin füsunkar təbiətini, tarixi-mədəni abidələrini, memarlıq incilərini əks etdirən, fotoşəkillər nümayiş olunmuşdur...