Xəbərlər

004.JPG

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq fevralın 6-da Heydər Əliyev Fondunda olmuşdur. Hörmətli qonağa Heydər Əliyev Fondunun yaranması, fəaliyyəti barədə ətraflı məlumat verildi. Bildirildi ki, Fondun əsas məqsədi görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti ...

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Sankt-Peterburqa səfəri çərçivəsində Primorski inzibati rayonundakı uşaq evi-məktəbdə olmuşdur. Qonağı Primorski rayonu administrasiyası başçısının birinci müavini Vladimir Omelnitski və məktəbin direktoru Lyubov Katayeva qarşılamışlar...

03.jpg

Sankt-Peterburq Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin humanitar sahədə hər bir layihəsini dəstəkləməyə və Rusiyanın şimal paytaxtında fəal işləməsi üçün hər cür şərait yaratmağa hazırdır. Sankt-Peterburqun qubernatoru Valentina Matviyenko bu sözləri fevralın 2-də Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva ilə görüşdə söyləmişdir...

04.JPG

Fevralın 1-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında və Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin keçirdiyi və üç aydan çox davam etmiş “Muğam televiziya müsabiqəsi–2007” qaliblərinin qala-konserti olmuşdur. Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi...

HEYDER ALIYEV FONDU KOREYA NUMAYENDE HEYETI.JPG

Koreya Respublikası Baş nazirinin müavini, təhsil və insan ehtiyatları naziri Kim Sin İlin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 25-də Heydər Əliyev Fondunda olmuşdur.Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş eksponatlar haqqında ətraflı məlumat verildi.Bildirildi...